RƏQABƏTLİ mühit üçün bircə məsələnin həlli lazımdır - ədalətli və sürətlə çalışan məhkəmə sistemi
12-07-2024, 12:14
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, sitat: “Azərbaycanda rəqabətin inkişafı üçün Milli Fəaliyyət Planı hazırlanıb”. Dünya ölkələrinə, normal iqtisadi modeli olan dövlətlərə baxın, görün hansında belə plan var, ya olub?! Ölkədə müxtəlif sahələrdə onlarla Milli Fəaliyyət Planı olub, hətta 3 dəfə regionların inkişafı proqramı qəbul edilib, son 20 ildə regionlara 105 mlrd. manat (130 mlrd. dollar) investisiya da qoyulub – hanı nəticəsi, niyə görünmür, nədən regionların ÜDM-də, büdcədə, ixracatda payı artmır?! Nə səbəbə regionlardan Bakı-Abşerona köç dayanmır?! Məmməd müəllim və digər müəllimlər, RƏQABƏTLİ mühit üçün bircə məsələnin həlli lazımdır - ədalətli və sürətlə çalışan məhkəmə sistemi, vəssalam! Başqa plan “çəkməyə” ehtiyac yoxdur... Natig Jafarli TEREF