Kreml Kyevin uşaq xəstəxanasındakı partlayışın izlərini ört-basdır etməyə çalışır
12-07-2024, 16:14
Kyivdə uşaq xəstəxanasının partladılması bütün dünyada qınandığı bir vaxt Rusiya rəsmiləri hücuma görə ölkələrinin məsuliyyətini inkar edir və hətta günahı Ukrayna və onun Qərb müttəfiqlərinin üzərinə yıxmağa çalışır.
Bazar ertəsi Ukraynadakı "Oxmatdit" xəstəxanasına hücum uşaqlar da daxil olmaqla, 43 nəfərin ölümü və 200-ə yaxın insanın yaralanması ilə nəticələnən silsilə hücumlar fonunda baş verib.
Ukrayna prezidenti Volodimir Zelenski partlayışı kəskin şəkildə pisləyib və Rusiyanın cavab verməli olacağını bildirib.
BMT Təhlükəsizlik Şurası Kyivin müttəfiqlərinin tələbi ilə çərşənbə axşamı hücumlarla əlaqədar təcili iclas keçirib.
BMT baş katibinin humanitar məsələlər üzrə müşaviri vəzifəsini icra edən Coys Msuya şuraya "Qorunan xəstəxanaya qəsdən edilən hücum müharibə cinayətidir və günahkarlar cavab verməlidir. Bu insidentlər Ukrayna boyu səhiyyə və digər mülki infrastruktura zərər vuran sistemli hücumların bir parçasıdır" deyib.
Bazar ertəsi yayılan bəyanatında ABŞ Prezidenti Co Bayden hücumları "Rusiyanın qəddarlığının dəhşətli xatırlatması" adlandırıb.
O, “Bu mühüm anda dünyanın Ukraynanın yanında olmağa davam etməsi və Rusiyanın təcavüzünə məhəl qoymamağımız çox vacibdir” deyib.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı keçirdiyi gündəlik brifinqdə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin məlumatlarını rəhbər tutaraq, hücuma görə Rusiyanın məsuliyyətini rədd edib.
"Biz mülki hədəflərə hücum etmədiyimizdə israr etməyə davam edirik. Zərbələr əsas infrastruktur obyektlərinə, bu və ya digər şəkildə rejimin hərbi potensialı ilə əlaqəli hərbi hədəflərə endirilir" - deyə, Peskov qeyd edib.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova uşaq xəstəxanasının Ukrayna tərəfindən atılan yer-hava raketi ilə vurulduğunu iddia edib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) raket zərbəsi endirilən yerdə çəkilmiş Rusiya istehsalı olan “Kh-101” qanadlı raketinin fraqmentləri kimi görünən fotoşəkilləri nümayiş etdirib. Ukrayna Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, onun müstəntiqləri “müharibə cinayəti” adlandırdığı zərbəyə görə Rusiyanın məsuliyyət daşıdığını müəyyən edib.
BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Daniell Bell Ukrayna Təhlükəsizlik Xidmətinin təqdim etdiyi versiyanı dəstəkləyib.
"Video çəkilişlərinin təhlili və hadisə yerində aparılan qiymətləndirmə göstərir ki, uşaq xəstəxanası ələ keçirilmiş silah sistemi ilə zədələnməyib, təhlillər xəstəxananın birbaşa zərbəyə məruz qaldığı ehtimalının yüksək olduğunu göstərir", Reuters agentliyinəona istinadən xəbər bildirib.
Buna bamayaraq, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Peskov və Zaxarovanın xəstəxanaya hücuma görə Ukraynanın məsuliyyət daşıdığı ilə bağlı dedilklərini təkrarlayıb. O, Ukraynanın Qərbdəki müttəfiqlərini də hədəf alan iddialar irəli sürüb.
Antonov Telegram kanalında "Kyivin öz vəhşi cinayətlərini Rusiya Federasiyasının üzərinə atması birinci dəfə deyil” yazıb. O, NATO-nun Vaşinqtonda keçirilən sammiti ərəfəsində baş verən hücumun Qərb tərəfindən "münaqişənin daha da genişlənməsinə və müharibənin sonuncu ukraynalıya qədər davam etdirilməsinə haqq qazandırmaq üçün "əla hədiyyədir" deyib.
Antonov deyib ki, ABŞ Ukraynaya silah tədarükünü dayandırmalıdır.