Qlobal bilik indeksi 2024: dünyada mövcud vəziyyət

Bu gün, 12:47           
Qlobal bilik indeksi 2024: dünyada mövcud vəziyyət
“Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələr verməsi ancaq təhsil ordusuyla mümkündür.” Atatürk
Bilik, elm, təhsil bütün dövrlərdə və bütün cəmiyyətlərin inkişafının əsas faktoru olmuşdur. Müasir süni intellekt erasının isə özəyini təşkil edir, hər şey bu elementlərin inkişafına bağlıdır. Elmsiz süni intellekt heç cür mümkün deyil. Sokratın məşhur kəlamı öz yerinə düşür: “Yalnız bir xeyir vardır, elm və bir şər, cəhalət.”
UNDP-nin iştirakı ilə hazırlanmış Qlobal Bilik İndeksi (Global knowledge index- GKI) ölkələrin bilikdən iqtisadi inkişaf, innovasiya və sosial rifah üçün necə istifadə etdiyini qiymətləndirən mühüm göstəricidir. Təhsil, tədqiqat, texnologiya və infrastruktur kimi əsas sahələri təhlil edərək, indeks ölkələrin güclü və zəif tərəflərini ortaya qoyur. 2024-cü il GKI reytinqləri ən yüksək və ən aşağı göstəricilərə malik ölkələr arasındakı fərqləri vurğulayır və bilik əsaslı siyasətlərin əhəmiyyətini ön plana çıxarır.
2024-cü ildə Ən Yüksək Qlobal Bilik İndeksinə Sahib 10 Ölkə
1. İsveç – 68.28
2. Finlandiya – 67.99
3. İsveçrə – 67.91
4. Danimarka – 66.84
5. Niderland – 66.84
6. Lüksemburq – 66.48
7. Amerika Birləşmiş Ştatları – 66.24
8. Böyük Britaniya – 65.82
9. Norveç – 65.77
10. Avstriya – 64.99
Ən yüksək reytinqə malik ölkələr təhsil, innovasiya və texnologiya sahələrində üstün göstəricilərə malikdir: Bu ölkələr güclü təhsil sistemləri, effektiv texnologiya istifadəsi və inkişaf etmiş tədqiqat imkanları ilə bilik iqtisadiyyatını uğurla inkişaf etdirirlər.
2024-cü ildə ən aşağı qlobal bilik indeksinə sahib 10 ölkə
132. Qvineya – 30.18
133. Mozambik – 30.02
134. Mali – 29.03
135. Mavritaniya – 28.95
136. Efiopiya – 28.90
137. Burkina Faso – 28.17
138. Angola – 27.96
139. Konqo Demokratik Respublikası – 26.32
140. Niger – 25.82
141. Çad – 23.43
Göründüyü kimi yüksək ilk 10-luğa düşən ölkələr arasında müsəlman ölkəsi yoxdur. İlk sıraya düşən Birləşmiş Ərəb Əmirlikləri dünya sıralamasında 26-cı yerdədir. Son onluğun isə əksəriyyəti müsəlman ölkələridir: on on ölkənin altısı tam müsəlman ölkəsidir, üçündə isə müsəlman əhalinin payı xeyli yüksəkdir.
Ən aşağı reytinqə malik ölkələr təhsil, innovasiya və infrastruktur sahələrində ciddi problemlərlə üzləşirlər. Bu reytinqlər təhsil, infrastruktur və idarəetməyə investisiyaların artırılmasının vacibliyini göstərir.
Azərbaycan və Türkiyədə Qlobal Bilik İndeksinin Vəziyyəti
59. Türkiyə - 49.20
100. Azərbaycan – 42.40
Bu ölkələrdə də vəziyyət heç də ürəkaçan deyil. Elm və təhsil gösəriciləri üzrə Türkiyə islam ölkələri içərisində hər zaman birinci yerdə olmuşdur. Təəssüflər olsun ki, son zamanlar dindar hökümətin yanlış elm və təhsil siyasəti nəticəsindəTürkiyədə də bu indeks xeyli geriləmiş, Türkiyə hətta müsəlman ölkələri içərisində dördüncü və ya beşinci yerə geriləmişdir. Türkiyə 59-cu yerdə qərarlaşaraq 49.20 bal toplayıb. Ölkə orta səviyyədə göstəricilərə malikdir. Təhsil və infrastruktur sahələrində irəliləyişlər olsa da, innovasiya və tədqiqat sahələrinə daha çox diqqət yetirilməlidir.
Azərbaycanda Sovet sistemindən ayrılandan sonra təhsil və elmdə yenidən islamlaşma prosesi getmiş, ümumiyyətlə, texnoloji inkişaf sahəsində dünyada analoqu olmayan səviyyədə geriləmə müşahidə olunmuşdur. Elmin inkişafı üzrə bütün göstəricilər bir neçə dəfə azalmışdır, çoxlu sayda elmi-istehsalat birlikləri, elm ocaqları , konstruktor büroları, elmi labaratoriyalar bağlanmışdır, elmi işçilərin sayı xeyli azaldılmış, alimlərin- maddi təminatı zəifləfilmişdir. Bu gün də eyni meyl davam edir. Bağlanan nə varsa hamısının izi elm və texnologiyalara dirənir.
Azərbaycan 2024- cü ildə 141 ölkə içərisində 100-cü yerdə qərarlaşaraq (Gürcüstan 53, Ermənistan 64-cü yerdədirlər) 42.40 bal toplayıb. Hər iki gösərici 2023- cü ilə görə də xeyli pisləşmişdir. Bütün göstəricilər üzrə qonşu və keçmiş sovet ölkələrinin hamısından gerilik müşahidə olunur. Çox ciddi problemlərlə üzləşmə təhlükəsi gözlənilir. Ölkə bilik iqtisadiyyatını inkişaf etdirməkdə çətinliklərlə üzləşir. Təhsil və texnologiya sahələrində irəliləyişlər olsa da, tədqiqat və innovasiya sahəsində daha çox inkişaf tələb olunur. Bu indeks bir neçə göstəricidən formalaşır: Universitetə qədər, texniki peşə təhsili, ali təhsil, elmi-tədqiqat işləri, məlumat və rabitə texnologiyaları, iqtisadiyyat və ətraf mühit.
Azərbaycanın gösəriciləri:
TUTDUĞU YER
BAL
PRE-UNIVERSITET
TƏHSIL
85
62.45
TEXNIKI VƏ PEŞƏ
TƏHSIL VƏ TƏLIM
74
51.15
DAHA YÜKSƏK
TƏHSIL
98
38.16
TƏDQIQAT, İNKIŞAF
VƏ İNNOVASIYA
109
23.13
MƏLUMAT VƏ
RABITƏ TEXNOLOGIYASI
83
44.22
İQTISADIYYAT
108
44.37
AKTIVLƏŞDIRILIR
ƏTRAF MÜHIT
107
45.59
Nəticə
2024-cü il Qlobal Bilik İndeksi bilik əsaslı inkişafın ölkələrin gələcəyini necə formalaşdırdığını vurğulayır. Ən yüksək reytinqə malik ölkələr mükəmməl göstəricilər ortaya qoyurlar, Aşağı reytinqə malik ölkələr təhsil, innovasiya və idarəetməyə investisiyaları artırmalıdırlar. Azərbaycan və Türkiyə kimi ölkələr üçün tədqiqat və texnologiya sahəsində məqsədyönlü səylər bilik iqtisadiyyatının inkişafına mühüm töhfə verə bilər. Hər iki ölkə üçün belə siyasət ciddi riskə aparan yoldur. Geniş tədbir görülməsi zamanını artıq ötürmüşük.
Dərin hörmətlə, prof. Saleh Məmmədov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.