`Azercell` müştəriləri RƏSMƏN SOYUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:36

" "Azercell" aprelin 17-dən bu günədək məndən hər gün 0,25 AZN pul oğurlayıb, yəni cibimə girib, cibgirlik edib. Məlum tarixdə "Azercell"ə məxsus hanısa "Busu" adlı online dilöyrətmə xidmətinə qoşub məni və balansımdan bu müddət ərzində 2.5 AZN vəsait çıxıb. Azərcellin 4 milyon abunəçisi var. Ortalama götürək ki, bu əməliyyatları 1 milyon abunəçisinə tətbiğ edir". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında jurnalist Zülfüqar Xeyirxəbərov qeyd edib.
O daha sonra bildirir: "1 000 000 X 0.25 = 250 000 AZN. Bu Azercell-in bir gündə təkcə bu "xidmətə görə, müştəridən oğurladığı vəsaitdin məbləğidir.
Əminəm ki, Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi araşıdrma aparsa bu rəqəmin dəryada bir damla olduğu üzə çıxar.
Ayrıca olaraq bu bir cinayətdir və hüquq-mühafizə oraqnları bunu arşadırmalıdır.
"Azercell"-ə həm online, həm də sosial şəbəkə hesabından sorğu ilə müraciət etmişəm. Online cavab belə oldu ki, sizin nömrənizə SMS göndərilib, keçid edib avtomatik qoşulmusuz. Sosial şəbəkədə isə yazırlar ki, hansısa saytda reklam olaraq qarşınıza çıxıb. Bir şirkətdən aldığım iki fərqli cavab.
Nəzərinizə çatdırım ki, bu "xidmət" "Azercell"ə məxsusdur. Əvvəl şəxsi məlumatları ötürürdülər, indi bir başa özləri bu işlə məşğuldur.
"Azercell"ə müraciət edirəm: zəhmət çəkin məndən oğurladığınız vəsaiti misli ilə geri qaytarın. çünki mən sizin "xidmət"inizdən istifadə etməmişəm, heç etmək niyyətim də yoxdur..."

