Rusiyada parad ləğv oluna bilər.. NİYƏSİ? VİDEO

8-05-2025, 10:34           
Rusiyada parad ləğv oluna bilər.. NİYƏSİ? VİDEO
Bu qənaətə gəlmək üçün hazırda Rusiyanın hava limanlarındakı vəziyyətdən xəbərdar olmaq gərəkir. iddialar var ki, Ukrayna Rusiya üzərində səmanı bağlaya bilər.
Rusiyada 60 mindən çox sərnişin pilotsuz təyyarələrin hücumu səbəbindən hava limanlarında qalıb. Onların arasında Putinyönlü müğənni Baskov və Kreml orkestri də var.
Məlum olduğu kimi, Rusiyaya pilotsuz təyyarənin hücumu səbəbindən Serbiya prezidenti Moskvaya uça bilmir: Vuçiç Bakıda ilişib qalıb, o indi Rusiya Federasiyasının paytaxtına uçmaq üçün icazə gözləyir.
Hücumlar müntəzəm olarsa, Moskva ilə bölgələr arasında hava nəqliyyatı pozulacaq və bunun da böyük nəticələri olacaq. “Moskva Rusiya deyil” ifadəsi həmişəkindən daha aktual ola bilər.
Mənzərə ləzzət edir, videolardan və şəkillərdən görünür ki, adamlar aeroportlarda döşəmə üzərində, çəmənlikdə və digər mümkün yerlərdə uzanıb yatırlar. Bu da Putinin qələbə paradı...
Dadash Ahmadli















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru