Bakıda orta məktəbdə valideynlərdən qanunsuz olaraq pulu belə yığırlar - Valideynlər nazirdən kömək istədilər…

10-04-2015, 16:05           
Bakıda orta məktəbdə valideynlərdən qanunsuz olaraq pulu belə yığırlar - Valideynlər nazirdən kömək istədilər…
Bakıda orta məktəblərin birindən şikayət var. Belə ki, redaksiyamıza müraciət edən narazı vətəndaş (həm özünün və həm də övladının əlavə narahatçılıqla üzləşməməsi üçün adının çəkilməməsini xahiş edir -red.) bildirir ki, Sabunçu rayonu 78 saylı orta məktəbdə aşağı sinif şagirdlərindən müxtəlif bəhanələrlə pul toplayırlar.

Narazı vətəndaşın sözlərinə görə, bu dəfə də hər bir şagirdi hansısa «Zülmətdən İşığa» adlı qəzetin hazırladığı və heç bir rəsmi mahiyyəti olmayan «Heydərçi gənclər» adlı olmayan bir təşkilatın sıralarına cəlb edirlər.

Narazı vətəndaq DİA.AZ-a yazır: «Biz bir vətəndaş olaraq Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ruhuna, onun yoluna sadiqik. Amma bu, açıq-aşkar fırıldaq faktıdır və əslində ulu öndərimizin ruhuna xəyanətdir. Kimlərsə onun adını alver predmetinə çevirirsə, buna dərhal hüquq-mühafizə orqanları müdaxilə etməlidir».

Onu da bildirək ki, narazı vətəndaş DİA.AZ-a «Zülmətdən İşığa» adlı redaksiyanın təqdim etdiyi «fəxri diplom»un, «vəsiqə»nin və «rozet»in fotolarını da yollayıb.

Vətəndaş iddia edir ki, bu işdə 78 saylı orta məktəbin direktoru Qamət Tağıyeva da birbaşa olaraq maraqlı tərəf kimi çıxış edir: «Çünki həmin «diploma», «vəsiqə» və «rozet»ə görə hər bir şagirddən 50 manat pul yığırlar. Və buna etiraz edən valideynlər hətta hədələnir də. Direktor ona hətta nazirliyin də bata bilməyəcəyini iddia etdiyindən valideynlərin sakit şəkildə tələb olunan pulu borc-xərc edib verməkdən başqa çıxış yolları qalmır»…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.