Məhərrəm Quliyevin korrupsioner müavini

11-04-2015, 11:52           
Məhərrəm Quliyevin korrupsioner müavini
Ölkədə məmur övladlarının dəbdəbəli və əyləncəli həyatı son illərin ən çox diqqətçəkən mövzularındandır. Belə ki, məmur övladlarının sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilllərdə xaricdə və ölkənin ən prestijli əyləncəli məkanlarında təşkil etdikləri kef məclisləri dəfələrlə ölkə mediasının gündəminə çevrilib.Bu gün yenidən məmurlardan birinin övladının əyləncəli həyatı sosial şəbələlərdə görüntülənib. Daxil olan məlumata görə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin xaricdə təhsil alan oğlu Naid Hacıyevin sosial şəbəkələrdə fotoları yayılıb. Həmin görüntülərdə onun əyləncə mərkəzlərində dostları və rus qızları ilə birgə olduğu bəlli olub.Fotoları sosial şəbəkələrdə müzakirəyə çıxaran gənclər icra başçısının oğlu olduğu iddia edilən Naid Hacıyevə müxtəlif suallar da ünvanlayıblar. Ancaq bir neçə dəqiqədən sonra onun paylaşdığı bəzi şəkillər özü tərəfindən silinib.Qeyd edək ki, Ağstafadan olan gənclərin də sosial şəbəkələrdə bu məsələyə münasibəti gecikməyib. Onlar "Naid Hacıyev rus qızlarını qucaqlamaqla, ağzında qəlyan və ya şampanla şəkil çəkib bizimlə paylaşmaqda nə məqsəd güdür?", "Yoxsa özünün atasının xalqdan yığdığı pullarla bizdən üstün olduğunu göstərmək istəyir", "Biz prezidentin bu məsələyə münasibət bildirəcəyini gözləyirik" kimi fikirlər səsləndiriblər.Xatırladaq ki, ölkə başçısı İlham Əliyev dəfələrlə məmurlara övladlarının VİP həyatı, özbaşınalıqları ilə bağlı xəbərdarlıq edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.Onu da qeyd edək ki, analoji hadisələrdən biri bir neçə gün öncə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərovun oğlu ilə bağlı idi. Belə ki, A. Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edildi. Məlum olaydan sonra ata Səfərov oğlunun əməllərinə görə işdən uzaqlaşdırıldı.

Redaksiyamıza yeni məlumatlar daxil olduğundan daha geniş məqaləni növbəti sayımızda oxuya bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.