Andraniki təbliğ edən kafe Abdin Fərzəliyevindir - ŞOK İDDİA

11-04-2015, 11:57           
Andraniki təbliğ edən kafe Abdin Fərzəliyevindir - ŞOK İDDİA
Bakıda erməni millətçisi Andranikin portreti olan kafe bağlana bilər.

Bu barədə Tia.az-a daxil olan sensasion məlumatda deyilir ki, kafenin əsl sahibinin kimliyi məlum olub. İddialara görə, “Stara Praqa” adlı kafe-pubu işlədən sahibkar Nərimanovun icra başçısı Abidin Fərzəliyevə yaxın şəxsdir.
Kafenin icra başçısının himayəsində olduğu iddia edilir. A.Fərzəliyevin özünün və müavinlərinin kafeyə arabir gəlib-getdiyi vurğulanır. Kafeni işlədən şəxs də açıqlamasında təsdiqləyib ki, müştərilər arasında dövlət məmurları da olub. Mənbə iddia edir ki, bu hadisə A.Fərzəliyevi bərk narahat edib. Başçının kafe sahibini bərk danladığı deyilir.

Andraniki təbliğ edən kafe Abdin Fərzəliyevindir - ŞOK İDDİA

Bu günlərdə Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Stara Praqa” adlı kafe-pubun önündə bədnam erməni millətçisi Andranik Ozanyanın portretinin aşkarlanması ictimaiyyətdə böyük narazılıq doğurdu.
Türk-müsəlman dünyasında kifayət qədər vəhşiliklər törədən qatil Andranikin Azərbaycan paytaxtının mərkəzində uzun müddət təbliğ edilməsi bir çox suallar yaradır. Məsələnin arxasında kimlərin dayandığı, portretin həqiqətən də erməni qatilinə məxsus olub-olmaması isə hələlik tam aydınlaşmayıb.
Qeyd edək ki, Andranik Ozanyan 1918-1920-ci illərdə Qərbi Azərbaycanın 200-dən çox kəndini və əhalisini xüsusi amansızlıqla məhv edib. Onun başçılıq etdiyi daşnak dəstələri qadınları, qocaları, körpə uşaqları belə, amansızcasına yandıraraq, vəhşicəsinə qətlə yetiriblər. Osmanlı İmperiyasına xəyanət etdiyi üçün onun bir qulağı kəsilib. O vaxtdan xalq arasında daha çox “təkqulaq Andranik” kimi tanınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.