"Unibank"dan şikayət var: Vətəndaşın puluna bank nədən əl qoydu... - Bank nümunəvi müştərisinə də kələk gəlir...
13-04-2015, 10:28
Redaksiyamıza Şəki şəhər sakini Tahir Məmmədov şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaşın DİA.AZ-a ünvanladığı müraciətdə "UniBank"da üzləşdiyi haqsızlıq və özbaşınalıqdan danışılır. Dia.az-ın elektron poçtuna daxil olan şikayətdə deyilir:
"Mən Sizə Unibankın Şəki filalının özbaşnalığından, müştərilərinin başına açdığı oyunladan və konkret öz başıma gələnlədən yazacam. Unibankdan 2014-cü ilin may ayında "Alıbalı+" kartı almışdım. İlkin olaraq kartın balansında 500 manat yükləmişdilər. Aylıq ödəniş 25manat olmaqla 30 ay ödənişlərim var idi. Hər ay vaxtı- vaxtında ödəniş etdiyimi görüb kartın limitini 1100manata kimi qaldımışdılar. Qalıq borcu bu məbləğdən çıxandan sonra balansda 740manat istifadə olunacaq pul vəsaiti vardı.
Bu günlərdə Unibank heç bir xəbərdarlıq etmədən kartın limitində olan məbləği bloklayıb. Mənim müraciətimdən sonra bildirdilər ki, milli manatımızın devolvasiyasında bank ziyana düşməsin deyə belə addım atılıb. Bankın müştərilərlə dolların köhnə məzənnəsilə müqavilə bağlayaraq, kreditin ödənişini indiki məzənnə ilə tələb etməsində də "ziyan düşmələrini "niyə nəzərə almırlar bəs? Dövlətimizin atributlarından biri olan milli manatımıza hörmətsizlik edərək dollarla kredit vermələri bir yana, hələ qururla deyirlər ki, özəl bankdır necə istəsək elə işləməyi özümüz planlaşdırırıq.Bankda olan pul öz pulumuzdur, istəsək kredit verərik, istəməsək yox.
Unudurlar ki, Avropa və Dünya banklarından aşağı faizlə kredit alıb bizlərə 32-36%-dərəcəsi ilə kredit verirlər. Mərkəzi Bank özəl bankların fəaliyyətinə nəzarət etmir, bu səbəbdən də özəl banklar istədikləri kimi müqavilə bağlayırlar".
Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...