“Beta”-dan reklam fırıldağı… 25+5 yoxsa…? - Şikayət var...

15-04-2015, 10:06           
“Beta”-dan reklam fırıldağı… 25+5 yoxsa…? - Şikayət var...
Azərbaycanda əksər şirkətlərin öz məhsullarını reklam etmək üçün dəridən qabıqdan çıxdığının, hətta yalanlara belə baş vurduğunun şahidi olmuşuq. Mətbuat dəfələrlə bu kimi şirkətlərin reklamlarının yalan olduğunu ifşa edərək yalanlayıb. Bu hallar qanunla qadağan olunsa belə, bəzi şirkətlər əməllərindən hələ də əl çəkmək istəmirlər. Bir sözlə, öz istəklərinə nail olmaq, milyonlar qazanmaq üçün hələ də öz yalançı reklamlarından istifadə edib məhsullarını xalqa sırıyırlar.
Daha bir yalançı reklam. Dəfələrlə Bizimxeber.az-ın redaksiyasına birdəfəlik istifadə etmək üçün paketlənmiş “Beta” çaylarının sayının az və keyfiyyətsiz olması barədə məlumat daxil olur. Reklam olunan çayla bağlı daha bir şəkilli fakt.
25+5 yazılan qutuda çayların sayı 22 və biri isə tamamilə boş. Hər qutuda 2 paketin olmaması o deməkdir ki, 10 qutudan sonra şirkət bir qutu çay qabağa düşür. Bu istehlakçıların aldadılması ilə yanaşı qanunların kobud formada pozulması və etibarın itməsidir.
Bir sözlə, “Beta” hər qutuda bir paketi azaltmaqla insanları aldadırsa, o zaman insanların da haqqını tələb etməsi normal sayılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.