PKK-nın “TEXAS” DÜŞƏRGƏSİ: QƏRBİN TERROR "MAŞINI" NECƏ İŞLƏYİR?

30-11-2017, 11:48           
PKK-nın “TEXAS” DÜŞƏRGƏSİ: QƏRBİN TERROR "MAŞINI" NECƏ İŞLƏYİR?
ABŞ, Böyük Britaniya və Almaniya başda olmaqla, bütün Qərb ölkələri PYD/PKK-nı terrorçularla təmin edir. Suriyada hazırda 7 mindən çox xarici terrorçu var.

ABŞ və Avropada dövlətin dəstəklədiyi bir çox qurum İraq və Suriyaya PKK üçün terrorçu göndərməklə məşğuldur. Başda ABŞ, İngiltərə və Almaniya olmaqla, Qərb ölkələrinin hamısı PKK/PYD-ni terrorçu ilə təmin edir.
Sayları Suriyada 7 mindən çox olan xarici terrorçulardan 3 fərqli tabor yaradılıb. Aralarında kəllə ovçusu qatillərdən, İraq və Əfqanıstanda döyüşən və psixoloji problem olan keçmiş əsgərlərə, qeyri-qanuni təşkilat üzvlərindən, Yəhudi və Xristian missionerlərə qədər minlərlə qatil xüsusi məqsədlə qurulan vəqf, dərnək və şirkətlər vasitəsi ilə terror düşərgələrinə göndərilir.
ABŞ-ın Texas ştatı təminat mərkəzi olaraq işləyir. 2 mindən artıq terrorçu “Dwekh Nawsha” və “Bunch Of Damın Reds” adlı təşkilatlar üzərindən Suriyaya göndərilib.

TOPLAMA MƏRKƏZLƏRİ VAR

Başda Brüssel və Berlin olmaqla, Amsterdam, Kopenhagen, Vyana, Paris və Londonda açılan “pirat” dərnəklər Suriyada döyüşmək məsələsində Avropalı terrorçu namizədlərə məsləhət xidməti verir. Terror təşkilatına göndəriləcək namizədlərə 3 həftəlik hazırlıq kursu keçərək region və PKK anladılır. Heç bir əngəllə qarşılaşmadan hava yolu ilə İraqa gedən terrorçuların bir qismi saxta pasportlarla keçirilir. Qərbdən gələn terrorçu namizədlərin yol xərcləri də “Kürdüstan-PKK” ilə əlaqəli xüsusi dərnəklər tərəfindən ödənilir. Hazırda Suriya və İraqda döyüşən 7 mindən çox gəlmə PKK-çı terroristlər heç bir rəsmi əngəllə qarşılaşmadan ölkələrinə giriş və çıxış edə bilirlər.



3 AYRI TABOR YARADILIB

PKK-PYD sıralarında döyüşən Qərbli terrorçulardan 3 ayrı tabor yaradılıb. Hamısı Qərblilərdən ibarət olan “Bob Crow” batalyonu, “Defend Kürdüstan” batalyonu və “İnternational” batalyonunda hazırda 7 mindən çox terrorçu var. Qərbli terror batalyonlarının özlərinə məxsus rəmz və qərargahları var. Həmçinin rəhbərlikləri tərəfindən müəyyən edilən döymələr də cəbhə daxilində ayırd edici amil kimi diqqət çəkir.

ABŞ İLK SIRADADIR

PKK terror təşkilatında iştirak edən və sayları 7 mini aşan terrorçu siyahısının ilk sırasında ABŞ durur. Texasda yerləşən toplama mərkəzindən Suriyaya gətirilən terrorçu sayı 2 mindən artıqdır. PKK-ya qatılanların əksəriyyəti “Dwekh Nawsha”(Fəda hərəkəti) və “Bunch Of Damın Reds” (Dəli Qırmızı Şeytanlar) adlı təşkilatlar tərəfindən əvvəl İraqa, sonra da Suriyaya göndərilir. ABŞ-ın PKK-ya terrorçu ixrac etmək üçün istifadə etdiyi təşkilatlardan “Dwekh Nawsha” dini bir mahiyyət kəsb edərkən, “Bunch Of Damın Reds” isə dinə qarşı olan şəxslərdən ibarətdir. MKİ-nin məlumatı daxilində baş verən terrorçu ixracı 2013-ci ildə başlanıb və 2015 ildən sonar bu fəaliyyətə böyük bir təkan verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.