Dollar böhranında çabalayan banklarımız prosesin faturasını müştərilərə yazmaqdadır – “UniBank” müştərisini necə “əliyalın” qoydu – ŞİKAYƏT VAR

16-04-2015, 11:13           
Dollar böhranında çabalayan banklarımız prosesin faturasını müştərilərə yazmaqdadır – “UniBank” müştərisini necə “əliyalın” qoydu – ŞİKAYƏT VAR
Redaksiyamıza müraciət edən Bakı sakini Rəşad Əliyevin şikayəti “UniBank”dandır. Narazı vətəndaş DİA.AZ-ın elektron poçtuna ünvanladığı şikayət xarakterli müraciətində bankın özbaşınalığının qurbanı olduğunu bildirir.

Rəşad Əliyev dia.az-a yazır: “Mənim “UniBank”dan götürdüyüm “Albalı+” kartımdan 2000 manat məbləğində pulum heç vir xəbərdarlıq olunmadan silinib. Bununla bağlı banka müraciət etdikdə özlərinin bu özbaşına və qeyri-qanuni addımlarını heç cürə əsaslandıra bilməsələr də, mənə təklif etdilər ki, eyni məbləği hesabıma dollarla yatıra bilərlər.

Mən başa düşmürəm, bu nə qanunsuzluqdur? Tutalım, mən banka arxayın olmuşdum və xarici ölkələrin birində idim. Indi bu o demək idi ki, mən xarici ölkədə pulsuz qalmalı idim?”.

Bu iddia ilə bağlı bankın da mövqeyini diqqətinizə təqdim edəcəyik...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru