Neftçala camaatından icra başçısına ultimatum - Aksiya gözlənilir

17-04-2015, 11:07           
Neftçala camaatından icra başçısına ultimatum - Aksiya gözlənilir
Neftçala rayonunda əhali ilə İcra Hakimiyyəti arasındakı narazılıq pik həddə çatıb. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.

Qeyd edilir ki, icra başçısı İsmayıl Vəliyev bütün gəlirli sahələri ələ keçirib. Və Neftçalada yeni gəlir sahələrini də nəzarət altına almağa başlayıb. Bu səbəbdən dözülməz durumun yarandığını bildirən sakinlər artıq belə yaşamağın mümkün olmadığını dilə gətirməyə başlayıblar.

JAM.AZ-a verilən məlumata görə, Neftçala camaatı yaxın günlərdə İcra Hakimiyyətinin qarşısında toplaşaraq, icra başçısından dönüş yaratmasını tələb etməyə hazırlaşırlar. Əgər tələbləri yerinə yetirilməsə, o zaman davamlı aksiyalar keçirəcəklər. Ki, bunun da İsmayıl Vəliyevin vəzifəsindən çıxarılmasına kimi davam etdiriləcəyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru