"Sovetski" sakinləri aksiya keçirtdilr - Həbs edilənlər var

3-03-2014, 20:27           

Bakıda Sovetski adlanan məhəllənin sakinləri evlərinin sökülməsinə görə onlara verilən kompensasiyanın azlığına etiraz olaraq yenidən 173 saylı məktəbin qarşısına toplaşıblar. Onlar evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edirlər. Aksiya iştirakçıları bildiriblər ki, evlərinin sökülməsi üçün hər kvadrat metr üçün 1500 manat pul təklif edirlər. Aksiya iştirakçıları hesab edirlər ki, evlərin qiyməti günü-gündən bahalaşır. Onlara təklif olunan məbləğlə şəhərin mərkəzi yerlərində ev almaq mümkün deyil. "Sovetski" adlanan əraziyə 100 nəfərə yaxın polis əməkdaşı cəlb olunub. Xatırladaq ki, "Keçmiş "Sovetski", indiki Nərimanov prospekti ətrafında, keçmiş "Kubinka" və "Papanin" küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı planlar təsdiqlənib. Maliyyə Nazirliyi martın 3-də kompensasiyanın həcminin kvadrat metrə görə 1500 manatdan artıq olmayacağını bildirib və bu açıqlama ümidlə gözləyən sakinlərin narazılığına səbəb olub.
Aksiya iştirakçısı olan Hüseynov Rəşad Həsənağa oğlu polislər tərəfindən döyülrək oğurlanıb. Onun hara aparıldığını bilən yoxdur.
Qonşularının müxbirimizə dediyinə görə Hüseynov Rəşadın evdə 3 talesemiya xəstəsi var.
Bundan başqa aksiyayada fəallıq göstərən 3-4 vətəndaşı polis saxlayıb. Elə buna görə də aksiya iştirakçıları ilə polislər arasında problemlər yaşanıb.
teref.az
Tumar Həsənov














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.