Xeyli erməni əsgər yaralandı, ölən var

17-04-2015, 22:57           

Ermənistanda hərbçiləri daşıyan avtomobil aşıb.

Hadisə axşam saatlarında baş verib. Belə ki, hərbçiləri daşıyan URAL markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Çox sayda erməni əsgəri yaralanıb. Lakin onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar dərhal mərkəzi hospitala yerləşdiriliblər.

Qəza nəticəsində xəsarət alan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb. 1995-ci il təvəllüdlü əsgər Artem Gerasi qəza zamanı aldığı travmadan ölüb.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. (ans)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru