“Azərişıq” ASC-nin strukturunda dəyişiklik: yeni idarələr yaradıldı –Hökumətdən qərar

26-07-2018, 00:47           
“Azərişıq” ASC-nin strukturunda dəyişiklik: yeni idarələr yaradıldı –Hökumətdən qərar
Nazirlər Kabineti “Azərişıq” ASC-nin strukturunda dəyişikliklər edib.

Bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2018-ci il 1 iyun tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilib:

Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) – İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri (2.5-ci bənd) “Zərdab, Kürdəmir, Sabirabad və Saatlı” sözləri “Zərdab və Kürdəmir” sözləri ilə əvəzlənib.

2.7-ci bənd (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) – Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri) Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Lənkəran) – Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri ilə əvəz olunub.

Bununla yanaşı, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturuna Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) – Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri yaradılıb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru