Məşhur qanqster həbsxanada öldürüldü

31-10-2018, 00:00           
Məşhur qanqster həbsxanada öldürüldü
Məşhur amerikalı qanqster Ceyms "Uayti" Baldzer həbsxanada öldürülüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Boston Globe" qəzeti məlumat yayıb.

ABŞ məhkəməsi 2013-cü ildə Uaytı 1970-80-ci illərdə törətdiyi 11 qətldə ittiham edərək ona ömürlük həbs cəzası kəsmişdi.

O, ötən əsrdə Bostonda "Winter Hill Gang" irland mafiya qrupuna rəhbərlik edib.

Bu yaxınlarda Qərbi Virciniyada yerləşən "Hazlton" həbsxanasına köçürülən 89 yaşlı cinayətkar bu gün öldürülüb. Qətldə onun otaq yoldaşı şübhəli bilinir. Onun da mafiya ilə əlbir olduğu ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru