Kanadada ana oğurlanmış oğlu ilə 31 il sonra görüşüb

31-10-2018, 07:33           
Kanadada ana oğurlanmış oğlu ilə 31 il sonra görüşüb
Kanadada ana və oğlu 31 il sonra görüşə biliblər.

"Report" "Global News"a istinadən xəbər verir ki, Linet Mann-Lyuisin 2 yaşlı uşağı 1987-ci ildə qadının əri tərəfindən oğurlanıb. Alan Mann oğurladığı körpə ilə birlikdə ABŞ-a köçməyə və saxta sənədlər hazırlamağa nail ola bilib. Atası oğluna anasının öldüyünü deyib.

Lakin ata 31 il sonra ABŞ qanunvericiliyinin çoxsaylı pozuntularında ittiham olunub və araşdırmalar zamanı onun Kanadada uşağın itkin düşməsi faktı üzrə axtarışda olduğu üzə çıxıb. Kişi Kanadaya ekstradisiya olunacaq və məhkəmə qarşısına çıxarılacaq.

Linet Mann-Lyuis 31 il ərzində ilk dəfə oğlunu görüb. O, etiraf edib ki, oğlu ilə görüşdən əvvəlki anlar onun həyatında ən həyəcanlandırıcı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru