İlanla oynamağın bədəlini ağır ödədi -VİDEO

31-10-2018, 22:14           
İlanla oynamağın bədəlini ağır ödədi -VİDEO
İndoneziyada əlində tutduğu ilanla ətrafdakıları qorxutmağa çalışan adam ilanın hücumuna məruz qalıb.

Moderator.az xəbər verir ki, gənc adam qoluna sarılmış ilanı başından möhkəm tutaraq ətrafdakıların üzərinə doğru yeriyib. Eyni zamanda qolunu sağa sola çevirərək təhlükə dolu hərəkətlərinə davam edib. Daha sonra ilanı özünə tərəf tutaraq onu başından öpmək istəyən adam gözləmədiyi bir halla qarşılaşıb.

İİan anidən adamın sifətinə hücum edib. Adam ilk olaraq qışqırıb, daha sonra da ilandan öz səyi ilə xilas olmağa çalışsa da, ondan qurtulmağı bacarmayıb.

Vəziyyətin gərginləşdiyini görən ətrafdakılar adamın köməyinə gəlib və ilandan xilas olmağa kömək ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru