Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib

2-11-2018, 07:13           
Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib
Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna gəlib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın "Armenpress" dövlət agentliyi məlumat yayıb.

Onu Xankəndidə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan qarşılayıb. Səfərin digər təfərrüatları məlum deyil.

Bundan əvvəl Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru