Şamaxıda oğluna baş çəkib evə qayıdan ər-arvad yolda öldü - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

4-11-2018, 11:00           
Şamaxıda oğluna baş çəkib evə qayıdan ər-arvad yolda öldü - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI
Şamaxı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, Çöl Göylər kəndində “DongFeng” markalı yük avtomobilinə çırpılan “VAZ” markalı minik avtomobilində ölən 72 yaşlı Zülfüqarov Gülbaba Gülbala oğlu ilə 71 yaşlı Zülfüqarova Tamam Ağakişi qızı ər-arvad olub. Şamaxının Laləzar kənd sakini olan kişi ilə qadın Ağsu istiqamətindəki fermada işləyən oğullarının yanından evə qayıdarkən dəhşətli qəzaya düşüblər. Belə ki, onlar özləri ilə birgə nəvələrini fermaya-valideynlərinin yanına aparıb. Bir neçə saat fermada qalan yaşlı ər-arvad geri qayıdanda bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, deformasiyaya uğramış maşından ər və arvadının meyitləri FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Faktla bağlı cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.