“Taliban” Əfqanıstan ordusu ilə polisinin hərbi bazasını ələ keçirdi

4-11-2018, 21:09           
“Taliban” Əfqanıstan ordusu ilə polisinin hərbi bazasını ələ keçirdi
Bazada olan 25 polis və əsgərin taleyindən xəbər yoxdur
“Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın mərkəzi Uruzqan vilayətinin Tarinkot şəhərində ordunun və polisin hərbi bazasını ələ keçiriblər.

Bu barədə “Pajvak” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, baza ərazisində Əfqanıstan ordusunun və polisininin 25 əməkdaşı var. Onların taleyi barədə məlumat yoxdur. “Taliblər”in itkisi barədə də xəbər verilmir.

Qeyd edilir ki, “taliban”çılar bazadakı silah və nəqliyyat vasitələrini ələ keçiriblər.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru