NATO-nun Norveçdə keçirdiyi təlimdə tankla hərbi maşın toqquşdu –4 əsgər yaralandı

5-11-2018, 00:26           
NATO-nun Norveçdə keçirdiyi təlimdə tankla hərbi maşın toqquşdu –4 əsgər yaralandı
NATO-nun Norveçdə keçirdiyi “Trident Juncture” adlı hərbi təlim zamanı 4 isveçli hərbçi xəsarət alıb.

Hərbçilər onların olduğu hərbi maşınla tankın toqquşması nəticəsində xəsarət alıblar.

Yaralılar hospitala yerləşdiriliblər. Onlardan ikisi yoxlamadan dərhal sonra tibb ocağını tərk edib, digər ikisi stasionar müalicə üçün saxlanılıb.

“Hərbçilərin həyatı üçün təhlükə yoxdur, amma onalrın vəziyyəti barədə məlumat verilmir”, – deyə “Belga” agentliyi qeyd edir.

Qeyd olunur ki, NATO-nun “Soyuq müharibə”nin başa çatmasında sonra ən iri hərbi təlimi oktyabrın 25-dən noyabrın 7-dək Norveçdə keçirilir. Təlimlərə alyansın üzvü olan 29 ölkədən, o cümlədən müttəfiq olan İsveç və Finlandiyadan ümumilikdə 50 min hərbçi cəlb olunub.teleqraf.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.