1084 itirilmiş sənəd tapılıb

6-11-2018, 08:07           
1084 itirilmiş sənəd tapılıb
“Azərpoçt” MMC-nin “Poçtap” sisitemində 1084 itirilmiş sənəd qeydiyyatdan keçib. Bu barədə “Azərpoçt”dan məlumat verilib. Həmin sənədlərdən 339-u sahibinə təhvil verilib.

Tapılan sənədlərin 719-u müvafiq strukturlara verilib, 26-ı isə hələ ki “Azərpoçt”un şöbə və filiallarındadır.

“Poçtap” xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində “Azerexpresspost” poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.

Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya “pochtap.az” saytı vasitəsilə əldə etmək olar.

İtirilmiş sənədlər “Poçtap” sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.

Məlumat üçün bildirək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır./Trend/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru