Yaponiyanın şimal-şərqində yaşayış evində baş vermiş yanğın nəticəsində 6 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Hadisə Oto şəhərində (Fukusima prefekturası) olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölənlər arasında 3-6 yaşlarında olan 4 uşaq var. Ümumilikdə yanğının baş verdiyi taxta evdə 9 nəfər yaşayıb. Yanğınsöndürənlər 2 nəfəri xilas edə biliblər. Daha bir nəfər itkin düşmüş hesab edilir.