Almaniyada PKK-ya dəstək verən nəşriyyatlara polis basqını

12-02-2019, 18:11           
Almaniyada PKK-ya dəstək verən nəşriyyatlara polis basqını
Almaniyada fəaliyyət göstərən iki böyük nəşriyyat bağlanıb. AzEuroNews.com xəbər verir ki, nəşriyyatların bağlanmasına səbəb ki, onların Almaniyada fəaliyyəti və təbliğatı qanunla qadağan edilən PKK terror təşkilatına yaxınlıqlarının bilinməsi olub.

Məlumatda qeyd olunur ki, “Mezopotomiya” və “MIR Multimedia” nəşriyyatlarının gizlicə PKK-ya dəstək verdikləri üzə çıxıb. Səhər saatlarında Şimali Reyn-Vestfaliya və Saksoniya əyalətlərində nəşriyyatlara aid binalara basqın edən polis çox sayda materiala əl qoyub.

Almaniyanın daxili işlər naziri Horst Zehoofer açıqlmasında bildirib ki, PKK-nın bir terror təşkilatı kimi ölkədə fəaliyyəti və təbliğatı qadağan edilib. Bu səbəbdən PKK-ya dəstək verən hər bir şəxs kimliyindən aslı olmayaraq qanun qarşısında cavab verəcək .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru