“Ata Holdinq”in şirkəti Maliyyə Nazirliyinin 2 tenderinin qalibi olub

28-10-2019, 10:46           
“Ata Holdinq”in şirkəti Maliyyə Nazirliyinin 2 tenderinin qalibi olub
Maliyyə Nazirliyinin istifadəsində olan bir sıra proqram təminatı lisenziyalarının və mövcud sistemlərə quraşdırılmış virtualizasiya lisenziyalarının müddətlərinin uzadılması, həmçinin illik texniki dəstək xidmətlərinin satın alınması (1), eləcə də yeni məlumat bazası və server lisenziyalarının, eləcə də təhlükəsizlik proqram təminatının satın alınması (2) ilə bağlı elan edilmiş açıq tenderlərin nəticələri məlum olub.

“Report” xəbər verir ki, hər 2 tenderin qalibi “Ata Holdinq” MMC-yə daxil olan “Ata Texnologiya” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 146 232 manat və 191 447 manat, ümumilikdə 337 679 manat ödəniləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru