Antalyada azərbaycanlı qadınlar güllələndi

26-11-2019, 00:16           
Antalyada azərbaycanlı qadınlar güllələndi
Türkiyənin Antalya şəhərində azərbaycanlı qadının ailəsində miras üstündə düşən dava ölümlə nəticələnib.

75 yaşlı Hüseyn Yeni 2 ay əvvəl evləndiyi 51 yaşlı azərbaycanlı qadın Məhəbbət Cəfərova və ikincinin qohumu Firdus Əliyeva ilə mübahisə edib.

Mübahisə zamanı qadınlar Hüseyn Yenə fiziki xəsarət yetiriblər. Türkiyəli ər odlu silahdan atəş açaraq Firdus Əliyevanı qətlə yetirib, Məhəbbət Cəfərovanı isə yaralayıb.

Yaralı ər və arvad xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. \\Teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.