"Facebook" tarixində görünməmiş oğurluq baş verib

15-12-2019, 09:30           
"Facebook" tarixində görünməmiş oğurluq baş verib
Sərt disklərdə əməkdaşların adları, bank hesablarının nömrələri, sosial sığorta nömrələrinin son dörd rəqəmi, eləcə də maaşları və bonuslar haqqında məlumatlar olub

"Facebook" şirkətinin 29 min əməkdaşının bank və digər şəxsi məlumatları saxlanılan sərt disklər oğurlanıb.

Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, sərt disklər şirkətin əməkdaşlarından birinin avtomobilindən oğurlanıb.

Agentlik bildirir ki, şifrə edilməmiş sərt disklərdə əməkdaşların adları, onların bank hesablarının nömrələri, sosial sığorta nömrələrinin son dörd rəqəmi, eləcə də maaşları və bonuslar haqqında məlumatlar olub.

Məlumatları oğurlanmış əməkdaşların şirkətdə 2018-ci ildə çalışdığı bildirilir.

Avtomobilin qarəti noyabrın 17-də baş verib, sərt disklərin itməsi isə üç gün sonra – noyabrın 20-də bəlli olub.

Lakin "Facebook" yalnız dekabrın 13-də zərərçəkmiş əməkdaşları məlumatlandırmağa başlayıb. "Bloomberg" bildirir ki, qarət olunmuş əməkdaş sərt diskləri ofisdən çıxarmalı deyilmiş. Şirkət isə artıq həmin əməkdaşa qarşı inzibati tədbirlər görüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.