Şok hadisə: Yatarkən 13 yaşlı qızının başını oraqla kəsdi - Səbəbi isə...

27-05-2020, 21:45           
Şok hadisə:
İranın Taleş şəhərində dəhşətli hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, 13 yaşlı Romina Əşrəfi 35 yaşlı sevdiyi adamla qaçmağı planlaşdırdığı üçün atası tərəfindən öldürülüb.

Məlumata görə, evlənmələrinə icazə vermədiyi üçün qız əvvəlcə evdən qaçıb. Sonra polislər tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Yerli mənbələr Rominanın ailəsinə təhvil veriləcəyi təqdirdə həyatının təhlükədə olacağını bildirsə də, buna məhəl qoyulmayıb. Atası gecə vaxtı yatarkən qızının başını oraqla kəsib. Daha sonra isə polisə təslim olub.

İran qanunlarına görə qızına qulluq etməli olduğuna görə ona edam cazası tətbiq olunmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.