İdxalçılar buğda tədarükünübir neçə dəfə azaldıb

21-03-2016, 13:31           
İdxalçılar buğda tədarükünübir neçə dəfə azaldıb
Bu ilin 2 ayında Azərbaycana $16,2 mln qiymətində buğda idxal edilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 6,7 dəfə azdır. Bu barədə Gömrük Komitəsinin hesabatında bildirilir.

İdxalın fiziki həcmi barədə məlumat verilmir.

Unüyüdən kombinatı olan idxalçı şirkətlərin birində bildiriblər ki, tədarükün kəskin azalmasına səbəb Rusiyada dollar ifadəsində alış qiymətlərinin artmasıdır. “Əgər 20 gün əvvəl Rusiya buğdası gömrük sərhəddində təhvil vermək şərti ilə tonuna görə 163 dollara təklif edilirdisə, bu gün qiymətlər 180 dollara çatıb. Bu qiymətlərlə un və çörəyin pərakəndə qiyməti istehsalçılar üçün ziyanlı olacaq”, – deyə mənbə bildirib.

Eyni zamanda, şirkətdə qeyd ediblər ki, ölkədə buğda ehtiyatı kifayət qədərdir və hazırkı qiymətlərə baxmağa ehtiyac yoxdur. “Hər şey Rusiya rublunun məzənnəsindən asılı olacaq”.

2015-ci ildə Azərbaycan xaricdən ümumi dəyəri 296,8 mln dollar olan 1 mln 353 ton buğda alıb(contact)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.