Bakıda növbəti avtobus qəzası: ölən və yaralananlar var

22-03-2016, 09:01           

Bakıda daha bir avtobus qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb.

Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub.

Nəticədə Allahverdi Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru