Rusiyada qar uçqunu turistin həyatına son qoydu, itkin düşənlər var

7-01-2022, 09:48           
Rusiyada qar uçqunu turistin həyatına son qoydu, itkin düşənlər var
Rusiya Federasiyasının Buryatiya Muxtar Respublikasında bir qrup turist qar uçqunu altında qalıblar.

Respublikanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, insident nəticəsində bir nəfər qar uçqunu altında qalaraq həyatını itirib, iki nəfər itkin düşüb.

Qeyd olunur ki, hadisə dağlıq ərazidə, dəniz səviyyəsindən 2 100 metr hündürlükdə baş verib.

Hazırda itkin düşən turistlərin axtarışı davam etdirilir.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru