Qazaxıstanda telekanalın binası mühasirəyə alınıb, ölənlər var 7-01-2022, 12:25 Qazaxıstanın Almatı şəhərində etirazçılar “Mir” telekanalının binasını mühasirəyə alıblar.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Xəbər-24” telekanalı məlumat yayıb.Ərazidə gedən atışma nəticəsində ölənlərin olduğu bildirilib.Qeyd edək ki, “Mir” telekanalının binası Respublika meydanında, şəhər administrasiyası ilə üzbəüz yerləşir. Facebook-da paylaş