XOCALIDA NÖVBƏTİ ERMƏNİ TƏXRİBATI - Azərbaycan hərbçilərinin... - VİDEO
5-03-2022, 00:04
Xocalının Pirlər kəndində erməni separatçıları növbəti dəfə qanunsuz iş aparmağa cəhd ediblər.
Bu barədə "Caliber" saytı məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Azərbaycan tərəfi səsgücləndiricilər vasitəsilə onların fəaliyyətinin yolverilməz olduğunu bildirdikdən sonra separatçılar Rusiya sülhməramlılarına şikayət edib.
"Lakin bu heç bir nəticə vermədi. Hadisə yerinə gələn ruslar erməniləri işləri dayandırmağa və Azərbaycan hərbçilərinin tələblərinə tabe olmağa məcbur ediblər"- deyə, xəbərdə qeyd olunur.