Rusiyada "Twitter"ə giriş məhdudlaşdırılıb

5-03-2022, 08:13           
Rusiyada "Twitter"ə giriş məhdudlaşdırılıb
Rusiyada "Twitter"lə bağlı qərar qəbul edilib

Rusiyada "Twitter" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.

Xidmətin məlumatına görə, sayta giriş “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal qanunun iğtişaşlara, ekstremist çağırışların yer aldığı saytlara girişin məhdudlaşdırılması prosedurunu tənzimləyən 15.3-cü maddəsinə əsasən məhdudlaşdırılıb.

Qeyd edək ki, daha əvvəl Rusiyada "Facebook" sosial şəbəkəsinə giriş bloklanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru