Ukrayna Rusiyanın "Su-25" təyyarəsini vurdu, pilotlardan biri sağ ələ keçirildi
5-03-2022, 17:47
Ukraynanın Çerniqov vilayətində Rusiyanın “Su-25” təyyarəsinin vurulması nəticəsində bir pilot ölüb, digəri sağ ələ keçirilib. Bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın pilotsuz uçuş aparatını da vurublar. (UNİAN)