Azərbaycan Mərkəzi Bankı (AMB) banklardan və bank olmayan kredit təşkilatlarından borc alan şəxslərin tarixçələrinin toplanmasını dayandırıb. Fins.az xəbər verir ki, artıq bu işlə Maliyyə Bazarlarına Nəzarət Palatası məşğul olur. AMB yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti də bundan sonra Palatanın nəzdində fəaliyyət göstərəcək.