Beyləqan icra hakimiyyəti: “Adamlar görsəydi ki, o, necə bir sanitar qovşağıdır” -

7-05-2016, 13:48           
Beyləqan icra hakimiyyəti: “Adamlar görsəydi ki, o, necə bir sanitar qovşağıdır” -
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” ilə Beyləqanda tikdirdiyi və bugünlədə açılışı olan ayaqyolu ilə bağlı müzakirələr gündəmdən düşmür. Məsələnin tənqid olunmasına isə rayon icra hakimiyyəti əsəbi reaksiya verib.

Rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Telman Məstanov “anspress”ə açıqlamasında deyib ki, KİV-in və ictimaiyyətin belə yüksək səviyyəli sanitar qovşağın açılışında başçının iştirakına verdiyi reaksiyanı başa düşə bilmir: “Bu çox yüksək səviyyəli sanitar qovşağıdır. Başçının iştirakına belə reaksiyanı anlaya bilmirəm. Bu söhbəti etmək ayıbdır. Sanitar qovşağını bu şəkildə (tualet kimi) təqdim edən adamlar görsəydi ki, o, necə bir qovşaqdır, məsələyə belə münasibət bildirməzdilər”...

Xatırladaq ki, sözügedən ayaqyolunun açılışında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yanaşı Yaponiyanın Azərbaycandakı səfiri də iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru