Cəlilabad sakini daxili işlər nazirinə və baş prokurora şikayət etdi – FOTO
10-05-2016, 10:36
Cəlilabad rayon Muğan kənd! sakini daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova şikayət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir, hörmətli baş prokuror!
Mən Qürbətov Eldar Adıgözəl oğlu Cəlilabad rayon Muğan kənd sakini 22.05.2014 – cü il tarixində Muğan kəndində yerləşən "Dəyirman” kafesində həmkəndlilərim Abbasov Xanlar Rəc oğlu və onun oğlanları Teymur və Afiq tərəfindən saat 19 – radələrində ölümcül döyülmüşəm. Mən kəllə beyin travması diaqnozu ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirildim. 23.05.2014 – cü il tarixində Göytəpə PB- nə müraciət edərək, həmin şəxslər tərəfindən döyüldüyümü şikayət etmişəm.
Göytəpə PB – nin tədqiqatçısı polis mayoru Fuad Əsgərov (hal – hazırda işindən uzaqlaşdırılıb) qarşı tərəfdən pul alaraq cinayət işini ört basdır etmişdir. Guya ki, mən döyülməmişəm və adı çəkilən kafedə sərxoş olduğum üçün pilləkəndən yıxılmışam. Halbuki mən sərxoş olmamışam. Bu Fuad Əsgərovun işi saxtalaşdırmaq üçün boynuma yıxdığı böhtandır.
Fuad Ələsgərov istintaq materiallarına kafedə işləyən rayon sakinləri Cabbarova Mahirə Əlirza qızı, Babayev Zaur Fəzail oğlu və Cabbarov Vüsal Xanəhməd oğlunu yalançı şahid qismində yazaraq, bildirmişdir ki, guya mən yıxılaraq xəsarət almışam. Fuad Əsgərov bundan əlavə kənd sakinləri: Tağıyev Anar Mirzəkişi oğlu, Rüstəmov İlkin Əlifağa oğlu və Fərəcov Elnur Bəybala oğlunu yalançı şahid qismində istintaq materiallarına əlavə edərək, onların adından mənim sərxoş olduğumu bildirmişdir. Hal – hazırda yalançı şahid qismində iştirak edən sakinlər peşiman olaraq istintaqa düzgün ifadə verəcəklərini deyirlər. Bununla da Fuad Əsgərov Azərbaycan Respublikasının CPM – nin 39.2, 86, və 212 – ci maddələrini rəhbər tutaraq cinayət işinin başlanmasını rədd etmişdir. Amma, istintaq zamanı mən Fuad Əsgərovdan soruşanda ki, iş nə yerdə qaldı? O bildirdi ki, istintaq gedir və haqq öz yerini tapacaq. Amma, halbuki mən adı çəkilən şəxslər tərəfindən ölümcül döyülmüşəm. Bunu mənim həmin vaxtı çəkilən şəklimdən də aydın görə bilərsiniz.
Mən Fuad Əsgərovun saxtakarlığından şikayət verdiyimə görə, Cəlilbad RPŞ – nin polis mayoru Novruz İsmayılov mənim ərizəm əsasında toplanmış 134 nömrəli rədd materialını nəzərdən keçirmişdir. Novruz İsmayılov da adı çəkilən istintaq materiallarını araşdırmadan qüvvədə saxlamışdır.
Hörmətli cənab nazir, hörmətli baş prokuror!
Sizdən xahişim odur ki, cinayət işinin yenidən doğru – düzgün aparılması üçün Cəlilabad rayon polis şöbəsində və eyni zamanda Cəlilabad rayon prokurorluğuna müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Amma, bu işlərin Fuad Əsgərov və Novruz İsmayılov kimi işçilərinizə həvalə etməməyinizi xahiş edirəm. Mən bir zərər çəkmiş insan kimi həmin şəxslərin məsuliyyətə cəlb edilərək, cəzalandılmasını istəyirəm.
Öncədən sizə özüm də ailəm adından təşəkkür edirəm.
Hörmətlə, Cəlilabad rayon Muğan kənd sakini Qürbətov Eldar Adıgözəl oğlu.