Xızıdakı ağır qəzada yaralananlardan XƏBƏR

31-05-2016, 12:39           

Xızıda avtobusun aşması nəticəsində xəsarət alan şəxslərin müalicəsi davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, qəza nəticəsində yaralanan şəxslərdən 15-i Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasında müalicəni davam etdirir.

“Onlardan 1-nin vəziyyətinin ağır, 14-nün vəziyyəti isə orta ağırdır. 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 2 xəstənin vəziyyəti isə yaxşlığa doğru gedir”.

Mayın 29-da Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində 100 metrdən dərəyə yuvarlanıb. Nəticədə 3 nəfər ölüb, 24 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru