DYP meydançasında olay – 3 maşın yandı

31-05-2016, 13:23           

Abşeron rayonunda yanğın hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
FHN-dən Axar.az-a verilən məlumata görə, Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Kraysler”, “Mersedes”, “Mitsubişi” markalı minik avtomobilləri naməlum şəraitdə alışaraq yanıb.
Hadisə zamanı “Ford” markalı minik avtomobilinə də qismən zərər dəyib. Meydançadakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru