Biləsuvarda sərxoş vəziyyətdə İran vətəndaşları saxlanıldı - FOTO

8-04-2023, 00:11           
Biləsuvarda sərxoş vəziyyətdə İran vətəndaşları saxlanıldı - FOTO
Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinin önündə sərxoş vəziyyətdə İran vətəndaşı olan sürücülər saxlanılıb.

“Report”un məlumatına görə, həmin sürücülər ərazidə Dövlət Yol Polisi əməkdaşları tərəfindən aşkar olunub.

Məlumata görə, onlar sərxoş vəziyyətdə öz ölkələrinə keçmək istəyirmişlər.

İlkin məlumata görə, onlar pivə qəbul ediblər.

Hər iki sürücünün avtomobili duracağa qoyulub, özləri isə alkoqoloji testə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru