Yaponiyada tapılan qalıqların radarlardan itən “Qara şahin”ə aid ola biləcəyi bildirildi - FOTO

8-04-2023, 13:05           
Yaponiyada tapılan qalıqların radarlardan itən “Qara şahin”ə aid ola biləcəyi bildirildi - FOTO
Yaponiyada hərbi helikopterin qalıqları tapılıb.

Bu qalıqların dünən anidən radarlardan itən “UH60” hərbi helikopterinə aid olduğu ehtimal edilir.

Göyərtəsində 10 nəfərin olduğu Yaponiya hərbi helikopterinin Okinava bölgəsində dənizə düşdüyü təxmin edilir. Belə ki, axtarış-xilasetmə əməliyyatları zamanı dənizdə helikopterin hissələri olduğu düşünülən qalıqlar aşkarlanıb. Dənizdə neft izləri və rotor qanadına aid ola biləcək hissələr tapılıb.

Bu barədə yaponiyalı general Yasunori Morişita Tokioda jurnalistlərə məlumat verib. “Biz havada qəzanın baş verdiyinə inanırıq”, - deyə o qeyd edib.


Xatırladaq ki, dünən günorta saatlarına Yaponiyaya məxsus “Black Hawk” (“Qara şahin”) kimi tanınan “UH60” helikopteri Miyako adası yaxınlığında radarların ekranlarından itib.



Mənbə: “Kyodo News”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru