Sevgisini sübut etmək üçün video çəkib, intihar etdi - VİDEO

8-04-2023, 12:57           
Sevgisini sübut etmək üçün video çəkib, intihar etdi - VİDEO
Türkiyənin Muğla şəhərində 21 yaşlı Bahar C. sevgilisi ilə mübahisə etdikdən sonra video şəkərək özünü qayalıqdan atıb.

BiG.AZ türk mətbuatına istinadən xəbər verir ki, o, 21 yaşlı sevgilisi Hüseyn Ö.-yə videomüraciətində onu heç vaxt aldatmadığını və sevgisini sübut etmək üçün ölümə razı olduğunu bildirib.

Videonu həm sevgilisinə, həm ailəsinə göndərdikdən sonra qız özünü 50 metr hündürlükdən ataraq intihar edib.

Baharın ailəsi polisə xəbər verdikdən sonra xilasedicilər əraziyə gəliblər. 5 saat axtarışlar nəticəsində Baharın meyiti tapılaraq morqa göndərilib.

Faktla bağlı araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru