Rusiyada yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb - VİDEO

9-04-2023, 12:03           
Rusiyada yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb - VİDEO
Rusiyanın Buryatiya Respublikasında yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb.

Hadisə Buryatiyanın Solontsı kəndində baş verib.

Belə ki, yanğınsöndürənlərin məqsədi sahədə olan quru otları yandırmaq olub.
Lakin ehtiyat tədbirləri düzgün aparılmadığından alov yaxınlıqdakı kəndin həyətyanı sahələrinə və evlərə keçib.

Respublikanın yerli administrasiyasından verilən məlumatda qeyd olunur ki, artıq kəndlilərə dəyən ziyan hesablanıb və onlara kompensasiya ödəniləcək.

Mənbə: Baza












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru