Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb - "...zəruri tədbirlər görülür"
10-04-2023, 11:59
Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
TEREF.AZ bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.