Nəsimi rayonunda 6 nəfər saxlanıldı - VİDEO

10-04-2023, 17:08           
Nəsimi rayonunda 6 nəfər saxlanıldı - VİDEO
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

İdarədən DİA.AZ-a verilən məlumata görə, tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan paytaxt sakini Adil Musayev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron aşkar edilib. Adil Musayev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru