Mingəçevirdə şəhidlərin xatirəsinə həsr edilmiş "əlüzyuyan" - FOTO

14-07-2016, 21:54           

Mingəçevir şəhərində şəhidlərlə bağlı növbəti biabırçılıq yaşanmaqdadır.

Ölkə.Az-ın məlumatına görə, şəhərin 20 yanvar küçəsi 15 ünvanındakı ehsan bulağı yararsız vəziyyətdədir. Su ilə əhatə olunmuş şəhərin Şəhidlər Xiyabanı ilə üzbəüz yerləşən xatirə bulağı sözün əsl mənasında əlüzyuyanın ümidinə qalıb. Belə ki, şəhər icra hakimiyyətinin məsələyə bağlı heç bir tədbir görmədiyi üçün sakinlər məcbur qalıb bu yola əl atıblar.

Xatirə lövhəsinin Kiril əlifbası ilə yazılmasından da göründüyü kimi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi üçün tikilmiş bu balaca anım bulağı köhnə əlifbanın aktual olduğu dövrdən bu yana baxımsızlıq içindədir.

Redaksiyadan: Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətindən münasibət öyrənməyi lazım bilmədik, çünki, əsl münasibət elə ortadadır, fotoda öz əksini tapıb...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.