Şəfəq Hüseynli nazirliklə AMADA-nı əmək haqqına görə məhkəməyə verdi

16-12-2023, 08:14           
Şəfəq Hüseynli nazirliklə AMADA-nı əmək haqqına görə məhkəməyə verdi
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sabiq rəhbəri Şəfəq Hüseynli keçmiş iş yerini, eləcə də Gənclər və İdman Nazirliyini məhkəməyə verib.
Gununsesi.info-nun məlumatına görə, o, Nərimanov Rayon Məhkəməsinə işə bərpa və əmək haqqı tələbi ilə üz tutub.

Prosesin hazırlıq iclası gələn ilin yanvarın 9-na təyin edilib. İşə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, AMADA 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı. Bu ilin oktyabrında isə AMADA-da rəhbər dəyişikliyi edilib. Millət vəkili Nigar Arpadarai qurumun Müşahidə Şurasının sədri seçilib, Təhminə Tağızadə isə AMADA-nın icraçı direktoru təyin edilib. Şəfəq Hüseynli isə vəzifəsindən kənarlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru